Rayon sakinini "tok" öldürdü
23 iyun 2020 10:59 (UTC +04:00)

Rayon sakinini "tok" öldürdü

0


Ağdaş sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kotanarx kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Yolçuyev Bulud Ağamir oğlu yaşadığı evdə elektrik cihazını təmir edərkən onu cərəyan vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2054

Oxşar yazılar